Bakı. Trend:
ABŞ hökuməti bir neçə kənd təsərrüfatı məhsuluna, o cümlədən mal əti, qəhvə və müxtəlif meyvələrə tətbiq olunan əvvəlki idxal rüsumlarını ləğv edib.
Trend xəbər verir ki, bununla bağlı sərəncamı noyabrın 14-də ABŞ prezidenti Donald Tramp imzalayıb.
Ağ Evin saytında dərc edilən sənəddə qeyd olunur ki, prezident qarşılıqlı tariflərə daxil olan məhsullar siyahısında əlavə dəyişiklikləri zəruri hesab edib və bəzi kənd təsərrüfatı məhsullarını bu tariflərdən çıxarmaq barədə qərar verib.
Tramp bildirib ki, qərar bir neçə ticarət tərəfdaşı ilə aparılan danışıqların mövcud vəziyyəti, müəyyən məhsullara ölkədaxili tələbat və ABŞ-ın istehsal imkanları nəzərə alınmaqla qəbul edilib. Qaydalardakı dəyişikliklər artıq qüvvədədir.
