Bakı. Trend:
Marsel yaxınlığındakı Penn-Mirabo şəhərində yerləşən Tesla diler mərkəzində baş verən güclü yanğın nəticəsində onlarla elektrik avtomobili məhv olub.
Trend "Euronews"ə istinadən xəbər verir ki, təxminən 50 yanğınsöndürən alovun qarşısını almaq və onun yaxınlıqdakı binalara və avtomobillərə yayılmasının qarşısını almaq üçün gecə boyu çalışıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Yanğının səbəbi hələ müəyyən edilməyib. Polis bildirib ki, mərkəzin arxa hissəsindəki hasarın kəsilməsi qəsdən yanğın törədilməsi ehtimalını artırır.
