...

ABŞ B61‑12 taktiki termonüvə bombasını uğurla sınaqdan keçirib

Dünya xəbərləri Materials 15 Noyabr 2025 06:45 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ avqust ayında döyüş başlığı olmayan B61‑12 taktiki termonüvə bombasının növbəti uğurlu sınağını həyata keçirib.

Trend xəbər verir ki, bu barədə məlumat Energetika Nazirliyinin Sandia Milli Laboratoriyasının açıqlamasında yer alıb.

Sınaqlar 19–21 avqust tarixlərində Nevada ştatındakı sınaq poliqonunda baş tutub. Test zamanı ABŞ-ın beşinci nəsil F‑35 qırıcı təyyarələri inert döyüş başlıqlı bombaları hədəfə çatdıraraq atıblar.

Sınaqlar Milli Nüvə Təhlükəsizliyi Administrasiyası (NNSA) ilə koordinasiya olunub və “silahların effektivliyinin qiymətləndirilməsində mühüm mərhələ” kimi qiymətləndirilib.

Məlumata görə, 2024‑cü ilin sonunda NNSA B61‑12 tipli hava bombalarının xidmət müddətini 20 il uzatmağa yönəlmiş proqramı tamamlayıb.

Xəbər lenti

Xəbər lenti