...

Buenos-Ayresdə güclü partlayış baş verib

Dünya xəbərləri Materials 15 Noyabr 2025 08:19 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Argentina paytaxtının yaxınlığında yerləşən aqrokimya zavodunda baş verən güclü partlayış nəticəsində azı 22 nəfər xəsarət alıb.

Trend "La Nacion" qəzetinə istinadən bildirir ki, partlayış dalğası sənaye zonasına bitişik yaşayış məhəllələrində evlərin pəncərələrini sındırıb.

Ezeiza şəhər xəstəxanasının həkiminin məlumatına görə, tibbi yardım alanlar arasında şüşə qırıntılarından xəsarət alanlar və zavod işçiləri arasında yanıq yaraları olanlar var.

Yanğınsöndürmə briqadaları hadisə yerində işləyir. Yuxarıdan çəkilmiş görüntülər geniş ərazini əhatə edən yanğın və qalın tüstü sütunlarını göstərir. Hakimiyyət orqanları havada zəhərli maddələrin ola bilməsi ehtimalına görə sakinlərə pəncərələri bağlı saxlamağı tövsiyə edib.

Yaxınlıqdakı Ministro Pistarini Beynəlxalq Hava Limanının fəaliyyəti davam edir. Partlayışın səbəbi araşdırılır.

Xəbər lenti

Xəbər lenti