...

Azərbaycanda elektrik enerjisi istehsalı artıb

Yaşıl iqtisadiyyat Materials 15 Noyabr 2025 10:25 (UTC +04:00)
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 22,553 milyard kilovat-saat (kVt/saat) elektrik enerjisi istehsal edilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 138,8 milyon kVt/saat və ya 0,6% çoxdur.

Eyni zamanda istehsal edilmiş elektrik enerjisinin 21,8 milyard kVt/saatını əmtəəlik elektrik enerjisi təşkil edib ki, bu da ötən ilin ilk ayındakı göstərici ilə müqayisədə 127,9 milyon kVt/saat və ya 0,6% artım deməkdir.

Ümumilikdə Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2025-сi ilin yanvar-oktyabr aylarında 2,818 milyard manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

Dövr ərzində ölkədə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 542,7 milyon manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti