Bakı. Trend:
Türkiyənin İstanbul şəhərinin Beşiktaş rayonunda metro tikintisi zamanı naməlum səbəbdən torpaq çökməsi baş verib.
Trend xəbər verir ki, hadisə Kabataş prospekti ərazisində qeydə alınıb.
Dağıntılar altında insanların qaldığı bildirilir.
Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb edilib. Hazırda dağıntılar altında qalan şəxslərin xilas edilməsi istiqamətində axtarış-xilasetmə işləri davam etdirilir.