...

Azərbaycan və Özbəkistan Prezidentlərinin əməkdaşlıq strategiyası bütün dünya üçün nümunə ola bilər - Daşkənddən rəy

Siyasət Materials 15 Noyabr 2025 15:15 (UTC +04:00)
Azərbaycan və Özbəkistan Prezidentlərinin əməkdaşlıq strategiyası bütün dünya üçün nümunə ola bilər - Daşkənddən rəy
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Daşkənd. Trend:

Azərbaycan və Özbəkistan Prezidentləri İlham Əliyev və Şavkat Mirziyoyev əməkdaşlıq strategiyası bütün dünya üçün nümunə ola bilər.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu bu gün Daşkənddə ictimai və dövlət xadimi, fəlsəfə elmləri doktoru Camilə Şermuxamedova bildirib.

O vurğulayıb ki, hər iki ölkənin liderləri müdrik və praqmatik şəkildə hərəkət edərək əməkdaşlıq üçün yeni imkanlar açırlar.

“Bu gün Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev dostluq və iqtisadi inkişaf körpüsü yaradırlar. Xəzər əməkdaşlığı təkcə iqtisadi aspekt deyil, o, ilk növbədə bəşəri dostluq deməkdir”,- deyə o qeyd edib.

Onun sözlərinə görə, müasir dünya parçalanma yox , birləşmə və qarşılıqlı dəstək tələb edir.

“Ayrı-seçkiliyə deyil, birliyə və əməkdaşlığa nail olmaq vacibdir. Bu xüsusilə millətlərarası, mədəniyyətlərarası və dinlərarası münasibətlərə aiddir. Bu, 21-ci əsrin müasir dünya meyarlarından biridir”, – ekspert vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti