...

Bəzi yerlərdə yağış, Murovdağa qar yağıb - FAKTİKİ HAVA

Cəmiyyət Materials 16 Noyabr 2025 10:03 (UTC +04:00)
Bəzi yerlərdə yağış, Murovdağa qar yağıb - FAKTİKİ HAVA

Bakı. Trend:

Noyabrın 16-sı saat 9:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, noyabrın 16-sı saat 9:00-a olan məlumatına əsasən bəzi yerlərdə arabir yağış, Murovdağ yüksəkliyinə isə zəif qar yağıb.

Düşən yağıntının miqdarı Kəlbəcər, Laçın, Qubadlı, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Xaçmaz, Quba, Zərdab, Biləsuvarda 1 mm-dək qeydə alınıb.

Biləsuvar, Cəfərxan, Şəmkir, Şəki, Şamaxı, Xaltan, Yevlax, Göyçay, Lerik, Daşkəsən, Göygöl, Qax, İsmayıllı, Qobustan, Altıağacda duman müşahidə olunub.

Görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 18, Naxçıvan MR 17, Aran rayonlarında 19, dağlıq rayonlarda 11 dərəcəyədək isti qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti