...

Daşkənddə Prezident İlham Əliyevin Özbəkistan Prezidenti ilə təkbətək görüşü olub (FOTO) (YENİLƏNİB)

Siyasət Materials 15 Noyabr 2025 14:22 (UTC +04:00)
Daşkənddə Prezident İlham Əliyevin Özbəkistan Prezidenti ilə təkbətək görüşü olub (FOTO) (YENİLƏNİB)
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Daşkənd. Trend:

Noyabrın 15-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə təkbətək görüşü olub.

Trend xəbər verir ki, görüşdə Azərbaycanla Özbəkistan arasında müttəfiqliyə və strateji tərəfdaşlığa əsaslanan münasibətlərin uğurla inkişaf etdiyi bildirildi.

Prezident İlham Əliyevin Özbəkistana, Prezident Şavkat Mirziyoyevin isə ölkəmizə mütəmadi səfərlərinin əlaqələrimizin inkişafında rolu vurğulandı.

Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın son dövrlərdə daha da genişləndiyi məmnunluqla qeyd edilərək, bu xüsusda dövlətimizin başçısının Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirakının önəminə toxunuldu.

Söhbət zamanı dövlət başçıları ölkələrimiz arasında əlaqələrin perspektivləri ilə bağlı fikir mübadiləsi apardılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti