...

Sabah hava necə olacaq? - PROQNOZ

Cəmiyyət Materials 15 Noyabr 2025 12:53 (UTC +04:00)
Sabah hava necə olacaq? - PROQNOZ

Bakı. Trend:

Noyabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb.

Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 10 dərəcədən 14 dərəcəyə, gündüz 16 dərəcədən 19 dərəcəyə qədər isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 9 dərəcədən 12, gündüz 16 dərəcədən 19 dərəcəyə, dağlarda gecə 1 dərəcədən 5, gündüz 5 dərəcədən 9 dərəcəyə qədər isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti