...

Azərbaycanda istilik və su enerjisi istehsalı göstəriciləri məlum olub

Energetika Materials 15 Noyabr 2025 11:12 (UTC +04:00)
Azərbaycanda istilik və su enerjisi istehsalı göstəriciləri məlum olub
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda istilik elektrik stansiyalarında (KES) 18,674 milyard kVt-saat elektrik enerjisi istehsal edilib.

Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 54 milyon kVt-saat və ya 0,3% çoxdur.

Eyni zamanda istilik elektrik stansiyalarından enerji istehsalının 159 milyon kVt-saatı tullantıların yandırılmasından alınan elektrik enerjisinin payına düşüb. Bu isı 2024-cü ilin ilk 10 ayındakı göstərici ilə müqayisədə 7,5 milyon kVt-saat və ya 4,5% azdır.

Bundan başqa, 2025-ci ilin yanvar-oktyabr aylarında ölkədə su elektrik stansiyalarında (SES) 2,521 milyard kVt-saat elektrik enerjisi istehsal edilib. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən, demək olar ki, dəyiməz qalıb.

Qeyd edək ki, Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2025-сi ilin yanvar-oktyabr aylarında 2,818 milyard manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 542,7 milyon manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti