...

TAP ilə indiyədək nəql edilmiş təbii qazın həcmi açıqlanıb

Energetika Materials 15 Noyabr 2025 10:42 (UTC +04:00)
TAP ilə indiyədək nəql edilmiş təbii qazın həcmi açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Trans-Adriatik Boru Kəməri (TAP) ilə indiyədək təxminən 52,7 milyard kubmetr təbii qaz nəql edilib.

Bu barədə Trend Energetika Nazirliyinə istinadən xəbər verir.

“Cənub Qaz Dəhlizinin mühüm mərhələlərindən biri olan TAP Azərbaycanın enerji sahəsindəki etibarlı tərəfdaşlıq mövqeyini daha da gücləndirir. Eyni zamanda, regionda enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verir”, - məlumatda qeyd edilib.

Qeyd edək ki, Trans-Adriatik Boru Kəmərinin (TAP) istismara verilməsindən 5 il ötür.


Məqalədə:
Xəbər lenti

Xəbər lenti