...

Azərbaycanda minik və yük avtomobilləri istehsalı azalıb

İqtisadiyyat Materials 15 Noyabr 2025 10:10 (UTC +04:00)
Azərbaycanda minik və yük avtomobilləri istehsalı azalıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycanda 3 280 ədəd minik avtomobili istehsal edilib.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrünə nisbətən 1153 ədəd və ya 26% azdır. Belə ki, ötən ilin bəhs olunan dövründə ölkədə 4 433 ədəd minik avtomobilləri istehsal edilmişdi.

Cari ilin noyabrın 1-nə ölkədə hazır məhsul ehtiyatı 168 ədəd təşkil edib.

Eyni zamanda, hesabat dövründə ölkədə 273 ədəd yük avtomobili istehsal edilib ki, bu da 2024-cü ilin ilk 10 ayındakı göstərici ilə müqayisədə 126 ədəd və yaxud 31,6% azdır.

Noyabrın 1-nə hazır məhsul ehtiyatı 24 ədəd təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında ölkədə maşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2025-сi ilin yanvar-oktyabr aylarında 506,1 milyon manatlıq məhsul istehsal edilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 1,2 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 22,5 faiz azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti