...

Suraxanıda əməliyyat: 10 kiloqram marixuana aşkarlandı

Cəmiyyət Materials 15 Noyabr 2025 10:16 (UTC +04:00)
Suraxanıda əməliyyat: 10 kiloqram marixuana aşkarlandı
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı keçirilən əməliyyat zamanı əvvəllər də dəfələrlə məhkum edilmiş 35 yaşlı Vüqar Məhəmmədov saxlanılıb.

Trend xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, ondan bağlamalarda 10 kiloqram marixuana aşkarlanaraq götürülüb. V.Məhəmmədov narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Suraxanı rayonu ərazisindən götürdüyünü, həm şəxsi istifadəsi, həm də satış məqsədilə ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti