...

Bu klub "Fənərbaxça"dan 25 milyon avro tələb edir

İdman Materials 15 Noyabr 2025 12:45 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin "Fənərbaxça" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Trend xəbər verir ki, bu barədə türk KİV-ləri məlumat yayıb.

Məlumata görə, İstanbul nəhənginin əsas hədəfi "AZ Alkmar"dan çıxış edən Troy Perrottdur.

Niderland klubu irlandiyalı futbolçu üçün 25 milyon avro tələb edir. Klublar arasında danışıqlar davam edir.

Qeyd edək ki, "AZ Alkmar" Troy Perrottu 2024-cü ilin yayında "Tottenhem"dən transfer edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti