...

Aerobika gimnastikası üzrə qitə birinciliyi davam edir (FOTO)

İdman Materials 15 Noyabr 2025 22:15 (UTC +04:00)
Aerobika gimnastikası üzrə qitə birinciliyi davam edir (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

14 noyabr tarixində Gəncə İdman Sarayında start götürən aerobika gimnastikası üzrə Avropa çempionatı davam edir.

Trend xəbər verir ki, 18 ölkədən 151 gimnastın iştirak etdiyi yarışın ikinci günündə təsnifat mərhələsi baş tutub. İdmançılar qarışıq cütlük, üçlük, qrup və aerodans kateqoriyaları üzrə təsnifat mərhələsində çıxışlarını tamamlayıblar. Aerobika gimnastikası üzrə milli komandamızın favorit cütlüyü Mədinə Mustafayeva və Vladimir Dolmatov təsnifat mərhələsindəki çıxışına əsasən final mərhələsinə vəsiqə qazanıb.

Yarışın ikinci günündə, həmçinin komanda hesabında mükafatlandırma baş tutub. 1-ci yerdə İtaliya, 2-ci yerdə Rumıniya, 3-cü yerdə İspaniya komandası qərarlaşıb.

Xəbər lenti

Xəbər lenti