...

Azərbaycan gips və anhidrit istehsalını artırıb

İqtisadiyyat Materials 15 Noyabr 2025 19:22 (UTC +04:00)
Azərbaycan gips və anhidrit istehsalını artırıb

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 502 min ton gips və anhidrit istehsal edilib.

Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14 % çoxdur.

Bu il noyabr ayının 1-nə, ölkədə 69,8 min ton hazır məhsul ehtiyatı olub.

2024-cü ildə Azərbaycanda 570,5 min ton gips və anhidrit istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 4,8 % azdır.

Xəbər lenti

Xəbər lenti