...

"Qalatasaray"ın futbolçusu klubunu dəyişə bilər

İdman Materials 15 Noyabr 2025 21:13 (UTC +04:00)
"Qalatasaray"ın futbolçusu klubunu dəyişə bilər

Bakı. Trend:

"Qalatasaray"ın futbolçusu Yusuf Demir qış fasiləsində klubunu dəyişə bilər.

Trend xəbər verir ki, "Göztepe" avstriyalı vingerin xidmətində maraqlıdır. Bu barədə "Sabah" nəşri məlumat yayıb.

İzmir klubu "Qalatasaray"da heyətə düşə bilməyən Yusufu icarəyə götürmək istəyir. 22 yaşlı oyunçu özü "Göztepe"yə keçməyə isti yanaşır.

Qeyd edək ki, "Qalatasaray" Yusuf Demiri 2022-ci ilin yayında Vyana "Rapid"indən transfer edib. Avstriya millisinin üzvü bu mövsüm İstanbul təmsilçisinin heyətində rəsmi oyunlarda meydana çıxmayıb.

Xəbər lenti

Xəbər lenti