...

ABŞ Almaniyanın 3,5 milyard dollarlıq raket alışına razılıq verib

Dünya xəbərləri Materials 15 Noyabr 2025 17:00 (UTC +04:00)
ABŞ Almaniyanın 3,5 milyard dollarlıq raket alışına razılıq verib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Tramp Administrasiyası Almaniyaya 3,5 milyard dollar dəyərində raket satışına icazə verib.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, Almaniya “RTX” şirkətinin istehsalı olan 173 ədəd “Standard Missile 6” (SM-6) və 577 ədəd “Standard Missile 2” (SM-2) raketləri ilə bağlı müvafiq avadanlıqları satın almaq üçün müraciət edib.

Qeyd olunub ki, müttəfiqlər iyun ayında müdafiə xərclərini ümumilikdə 5 faizə, “sərt müdafiə” adlandırılan xərcləri isə 3,5 faizə çatdırmaq barədə razılığa gəliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti