...

Belçika Rusiyanın Kiyevdə Azərbaycan səfirliyinə endirdiyi zərbə ilə bağlı narahatlığını ifadə edib

Siyasət Materials 16 Noyabr 2025 01:19 (UTC +04:00)
Belçika Rusiyanın Kiyevdə Azərbaycan səfirliyinə endirdiyi zərbə ilə bağlı narahatlığını ifadə edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Belçika son həftələr Ukraynaya qarşı həyata keçirilən genişmiqyaslı Rusiya hücumlarını ən qəti və birmənalı şəkildə pisləyir.

Trend xəbər verir ki, bunu Belçikanın xarici işlər naziri Maksim Prevo "X" sosial media hesabında yazıb.

"Belçika son həftələr Ukraynaya qarşı həyata keçirilən genişmiqyaslı Rusiya hücumlarını ən qəti və birmənalı şəkildə pisləyir.

Bu zərbələr dinc əhaliyə, yaşayış məhəllələrinə, xəstəxanalara, enerji infrastrukturu və həyati vacib xidmətlərə qəsdən yönəldilib. Nəticədə, o cümlədən uşaqlar olmaqla, günahsız insanlar həlak olub və yaralanıb.

Biz həmçinin Rusiyanın Kiyevdə Azərbaycan səfirliyinə endirdiyi zərbə ilə bağlı dərindən narahatıq. Diplomatik missiyaya hücum təkcə yolverilməz deyil — bu, beynəlxalq sistemi qoruyub saxlayan prinsiplərə birbaşa hücumdur. Belçika Azərbaycanı və bu zorakılıqdan zərər çəkən bütün diplomatik heyəti qətiyyətlə dəstəkləyir.

Ukrayna xalqına: siz tək deyilsiniz. Biz sizin yanınızdayıq. Avropa və beynəlxalq tərəfdaşlarımızla birlikdə dəstəyi davam etdirəcək və bu müharibə bitənə qədər Rusiyaya təzyiqi artıracağıq", — deyə Maksim Prevo bildirib.

Xəbər lenti

Xəbər lenti