...

İtaliyanın bəzi bölgələrində leysan nəticəsində daşqınlar olub

Dünya xəbərləri Materials 16 Noyabr 2025 06:00 (UTC +04:00)

Bakı. Trend:

İtaliyanın şimal regionlarında hökm sürən əlverişsiz hava şəraiti fəsadlara səbəb olub.

Trend xəbər verir ki, bəzi bölgələrdə leysan nəticəsində daşqınlar olub. Genuyada sürüşmə və daşqın nəticəsində istinad divarı avtomobillərin üzərinə çöküb. Fegino çayının daşması küçələri, meydanları və yeraltı keçidləri su basmasına səbəb olub. Piani di Praqliya təpəsində isə 5 nəfərlik qrup itkin düşüb. Axtarış-xilasetmə əməliyyatları davam edir.

Əlverişsiz hava şəraitinə Liquriya və Emiliya-Romanya regionlarında narıncı, dörd bölgədə isə sarı xəbərdarlıq elan edilib.

Xəbər lenti

Xəbər lenti