Bakı. Trend:
BMT Təhlükəsizlik Şurası (TŞ) noyabrın 17-də ABŞ Prezidenti Donald Trampın Qəzza zolağı üzrə irəli sürdüyü sülh planını dəstəkləyən qətnamə layihəsini səsverməyə çıxarmağı planlaşdırır.
Trend xəbər verir ki, bunu təşkilatda Syerra-Leonenin daimi nümayəndəliyinin mətbuat xidməti açıqlayıb.
Missiyanın bildirdiyinə görə, TŞ-yə noyabr ayında sədrlik edən Syerra-Leone nümayəndəliyi səsvermənin bazar ertəsi saat 17:00-da (Bakı vaxtı ilə çərşənbə axşamı 02:00-da) keçiriləcəyini qeyd edib.