...

Zəngəzur dəhlizinin tikintisi layihəsi Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun məntiqi davamı kimi görünür - Sadır Japarov

Siyasət Materials 16 Noyabr 2025 11:38 (UTC +04:00)
Zəngəzur dəhlizinin tikintisi layihəsi Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun məntiqi davamı kimi görünür - Sadır Japarov
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Daşkənd. Trend:

Bu gün regionun yeni nəqliyyat arteriyasının meydana çıxmasının şahidi oluruq. Strateji cəhətdən mühüm Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi logistikanı birləşdirməklə yanaşı, həm də formatını genişləndirəcək, ölkələrimizə Asiya və Avropanın ən böyük bazarlarına ən qısa yolu açacaq. Bu kontekstdə Zəngəzur dəhlizinin tikintisi layihəsi Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun məntiqi və strateji davamı kimi görünür.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bu sözləri Qırğızıstan Prezidenti Sadır Japarov Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşünün “Mərkəzi Asiya+Azərbaycan” formatında iclasında söyləyib.

Xəbər lenti

Xəbər lenti