...

Holand karyerasını gələcəkdə A Seriyasında davam etdirə biləcəyini etiraf edib

İdman Materials 16 Noyabr 2025 08:28 (UTC +04:00)
Holand karyerasını gələcəkdə A Seriyasında davam etdirə biləcəyini etiraf edib

Bakı. Trend:

“Mançester Siti”nin və Norveç millisinin hücumçusu Erlinq Holand karyerasını gələcəkdə A Seriyasında davam etdirə biləcəyini etiraf edib.

Trend xəbər verir ki, oyunçunun “Mançester Siti” ilə hazırkı müqaviləsi 2034-cü ilin yayına qədərdir.

“Mən İtaliyanı sevirəm. Buradakı matçlarda yaxşı oynadım və gələcəkdə nə olacağını heç vaxt bilmirsən. Hazırda həyatımda hər şey yaxşıdır və bu (transfer) haqqında düşünmürəm, amma bundan sonra nə olacağını heç vaxt bilmirsən”, - deyə Holand bildirib.

Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 180 milyon avrodur.

Xəbər lenti

Xəbər lenti