Bakı. Trend:
Avstraliyanın Yeni Cənubi Uels vilayətində yarış avtomobili tamaşaçılarla dolu tribunaya çırpılıb.
Trend-in məlumatına görə, bu barədə "7News" televiziya kanalı xəbər verib.
Məlumata əsasən, hadisə nəticəsində 9 nəfər xəsarət alıb.
Bildirilib ki, yarışda iştirak edən avtomobil idarəetməni itirdiyinə görə hasara çırpılıb və sərgi meydançasındakı səyyar tribunaya çırpılıb.
Qeyd edilib ki, bir nəfərin vəziyyəti ağırdır, üç nəfər isə ağır yaralanıb.