...

Prezident İlham Əliyev Şavkat Mirziyoyevin Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafında mühüm töhfəsini qeyd edib

Siyasət Materials 16 Noyabr 2025 11:36 (UTC +04:00)
Prezident İlham Əliyev Şavkat Mirziyoyevin Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafında mühüm töhfəsini qeyd edib
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Daşkənd. Trend:

Prezident İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşünün iclasında Şavkat Mirziyoyevin Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafında mühüm töhfəsini qeyd edib.

Trend xəbər verir ki, dövlətimizin başçısı deyib: “Şavkat Miromonoviç müdrik dövlət xadimi olmaqla yanaşı, həm də Özbəkistan-Azərbaycan əlaqələrinin inkişafına mühüm töhfə vermiş insandır. O, Azərbaycanda konkret fəaliyyətinə, xalqımıza xoş münasibətinə görə sevilir və hörmətlə qarşılanır. Uzaqgörən siyasi xadim Şavkat Miromonoviç Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında daha sıx əməkdaşlığa ehtiyac olduğunu aydın görür”.

Xəbər lenti

Xəbər lenti