...

Emoməli Rəhmon Prezident İlham Əliyevi Azərbaycanın Mərkəzi Asiya Məşvərət Görüşünə qoşulması münasibətilə təbrik edib

Siyasət Materials 16 Noyabr 2025 11:16 (UTC +04:00)
Emoməli Rəhmon Prezident İlham Əliyevi Azərbaycanın Mərkəzi Asiya Məşvərət Görüşünə qoşulması münasibətilə təbrik edib
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Daşkənd. Trend:

Tacikistan Prezidenti Emoməli Rəhmon Prezident İlham Əliyevi Azərbaycanın Mərkəzi Asiya Məşvərət Görüşünə qoşulması münasibətilə təbrik edib.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bu barədə bu gün Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə bildirib.

"Hörmətli Azərbaycan Prezidenti İlham Əliyevi Azərbaycanın Mərkəzi Asiya dövlət başçılarının məşvərət görüşü formatına qoşulması münasibətilə təbrik edirəm. Platformamız beynəlxalq və regional proseslərin əsas iştirakçısı kimi əhəmiyyətini inamla möhkəmləndirir", - deyə o bildirib.

E. Rəhmon həmçinin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə ənənəvi qonaqpərvərliyinə və bugünkü görüşün yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirib.

"Qardaş Özbəkistanı Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının məşvərət görüşündə uğurlu sədrliyi münasibətilə təbrik edirəm", - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti