...

Ağdərədə mina partladı - Xəsarət alan var (YENİLƏNİB)

Gündəm Materials 16 Noyabr 2025 16:04 (UTC +04:00)
Ağdərədə mina partladı - Xəsarət alan var (YENİLƏNİB)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdərə. Trend:

Ağdərə rayonunda mina hadisəsi baş verib.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən Trend-ə bildirilib ki, işğaldan azad edilmiş Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində 2025-ci il 16 noyabr tarixində mina hadisəsi baş verib.

1990-cı il təvəllüdlü Bərdə kənd sakini Əliyev Natiq Namiq oğlu minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə mina partlayışı nəticəsində ayağından xəsarət alıb.

Faktla bağlı Ağdərə rayon prokurorluğunda araşdırma aparılır.

ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırırb.

14:27

xxx

Ağdərə rayonunda mina hadisəsi baş verib.

Trend-in Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Sırxavənd kəndi ərazisində baş verib. Bərdə rayon sakini 1990-cı il təvəllüdlü Əliyev Natiq Namiq oğlu kənd ərazisində minaya düşüb. Yaralı N.Əliyev Bərdə Diaqnostika Mərkəzinə göndərilib.

Faktla bağlı araşdırma başlanıb

Məqalədə:
Xəbər lenti

Xəbər lenti