Daşkənd. Trend:
Ölkələrimiz arasında tarixi, mədəni, mənəvi əlaqələr var.
Trend-in Özbəkistana ezam olunan xüsusi müxbirinin məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının "Mərkəzi Asiya + Azərbaycan" formatında 7-ci Məşvərət Görüşü çərçivəsində jurnalistlərlə söhbətində deyib.
H.Hacıyev qeyd edib ki, bütün bunlardan çıxış edərək son dövrlərdə Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında əlaqələrin dinamik inkişafını biz bariz şəkildə görürük və müşahidə edirik.
“Cənab Prezident İlham Əliyevin region ölkələrinə intensiv səfərləri, region ölkələrinin liderlərinin Azərbaycana intensiv səfərləri, beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətimiz Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında genişlənən əlaqələrin bariz nümunəsidir. Mərkəzi Asiya ölkələri tərəfindən konsultativ bu format çərçivəsində yekun qərarın qəbul edilməsi tarixi əlaqələrimizin siyasi formata çevrilməsi deməkdir", - deyə o bildirib.
