Bakı. Trend:
Azərbaycanın FIFA referisi Kamal Umudlu növbəti dəfə təyinat alıb.
Trend-in məlumatına görə, bu barədə AFFA-dan bildirilib.
Məlumata əsasən, o, Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Slovakiya – İngiltərə qarşılaşmasının baş hakimi olacaq. Ona Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rauf Cabarov yerinə yetirəcək.
Noyabrın 18-də Preşov şəhərində yerləşən “Tatran” stadionunda keçiriləcək D qrupunun görüşü Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.