Bakı. Trend:
ABŞ Federal Aviasiya Administrasiyası (FAA) bazar ertəsi yerli vaxtla səhər saat 6-dan (Bakı vaxtı ilə 15:00) etibarən ölkə üzrə 40 əsas hava limanında tətbiq olunan uçuşların azaldılması qərarını ləğv edəcək.
Trend-in məlumatına görə, bununla aviaşirkətlər adi fəaliyyətlərini bərpa edəcəklər.
FAA-nın açıqlamasında bildirilib ki, qərar təhlükəsizlik sahəsində və hava hərəkətinin idarə olunması üzrə işçi çatışmazlığı tendensiyası ilə bağlı aparılan geniş araşdırmadan sonra qəbul edilib.
Xatırladaq ki, uçuşların azaldılması şatdaunla əlaqədar noyabrın 7-dən qüvvədə idi.
