...

Yannik Sinner Turində ATP turnirinin qalibi olub

İdman Materials 17 Noyabr 2025 05:31 (UTC +04:00)
Yannik Sinner Turində ATP turnirinin qalibi olub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyalı tennisçi Yannik Sinner Turində keçirilən ATP turnirində birinci yerə çıxıb.

Trend xəbər verir ki, kişi tennisçilər arasında keçirilən final oyununda Sinner dünya sıralamasında lider olan ispaniyalı Karlos Alkarasla qarşılaşıb.

İtaliyalı tennisçi ötən ilki uğurunu təkrarlayaraq rəqibini 7-6, 7-5 hesabı ilə məğlub edib. Bu, Sinnerin mövsümdə 6-cı, karyerasında isə 24-cü tituludur.

Qeyd edək ki, Yannik Sinner noyabrın əvvəlində “Paris Masters”, iyulda isə Karlos Alkarası məğlub edərək “Uimbldon” turnirinin qalibi olub. O, “Uimbldon”da qazanan ilk italiyalı tennisçidir.

Xəbər lenti

Xəbər lenti