Bakı. Trend:
ABŞ ordusu Pentaqon rəhbəri Pit Heqsetin əmri ilə Sakit Okeanda narkotik daşımaq üçün istifadə edildiyi iddia olunan daha bir gəmini məhv edib.
Trend xəbər verir ki, bu barədə ABŞ Cənub Komandanlığı məlumat yayıb.
Komandanlığın açıqlamasında bildirilir ki, "Müdafiə naziri Pit Heqsetin əmri ilə 'Cənubi Nizə' Birgə Əməliyyat Qrupu terror təşkilatı tərəfindən istifadə edilən gəmiyə ölümcül kinetik zərbə endirib. Kəşfiyyat gəminin narkotik qaçaqmalçılığı ilə məşğul olduğunu təsdiqləyib. Gəmidə olan üç narko-terrorçu ölüb. Hadisə Şərqi Sakit Okeanda, beynəlxalq sularda baş verib."
Qeyd olunur ki, Heqset narkotik əleyhinə əməliyyat olan "Cənubi Nizə"nin başladığını elan etmişdi.
