...

Pakistanda denq qızdırmasından ölənlərin sayı 36-ya çatıb

Dünya xəbərləri Materials 17 Noyabr 2025 04:55 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Pakistanın cənubundakı Sind əyalətində denq qızdırmasından daha üç nəfərin ölümü qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə yerli səhiyyə idarəsi məlumat yayıb.

Bununla da, bu il denq qızdırması səbəbindən ölənlərin ümumi sayı 36-ya çatıb.

Məlumata görə, Heydərabadda 50 yaşlı kişi və 80 yaşlı qadın, Karaçidə isə 55 yaşlı qadın həyatını itirib.

Departament bildirir ki, indiyədək ümumilikdə 5229 test aparılıb və onların 774-nün nəticəsi müsbət çıxıb. Eyni dövrdə Sind əyalətində 180-dən çox xəstə xəstəxanaya yerləşdirilib, 191 nəfər isə sağalaraq evə buraxılıb.

Xəbər lenti

Xəbər lenti