...

ABŞ-də inflyasiyanın azalması 2026-cı ilin əvvəlində gözlənilir - Skott Bessent

Dünya xəbərləri Materials 16 Noyabr 2025 23:29 (UTC +04:00)
ABŞ-də inflyasiyanın azalması 2026-cı ilin əvvəlində gözlənilir - Skott Bessent
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-də inflyasiyanın enməsi və əhalinin real gəlirlərinin artması 2026-cı ilin birinci yarısında baş verəcək.

Trend xəbər verir ki, bu barədə proqnozu ABŞ Maliyyə Naziri Skott Bessent açıqlayıb.

Onun sözlərinə görə, ilin ilk iki rübündə inflyasiya göstəricilərində aşağıya doğru hərəkət və real gəlirlərdə ciddi artım müşahidə olunacağı gözlənilir. Bessent bildirib ki, bu iki göstərici üst-üstə düşdükdə amerikalılar bunu aydın şəkildə hiss edəcəklər.

Nazir həmçinin kiçik bizneslərin artım baxımından "əla 2026-cı il" yaşayacağına əmin olduğunu qeyd edib.

Xəbər lenti

Xəbər lenti