Bakı. Trend:
Baytarlar Çexiyada bu il beşinci böyük quş qripi epidemiyasının baş verdiyini təsdiqləyiblər.
Trend-in ČTK-ya istinadən verdiyi məlumata görə, ölkənin cənubundakı Blatna şəhərində yerləşən quşçuluq fermasında yüksək patogenli H5N1 quş qripi virusu aşkar edilib.
Ferma daxilində saxlanılan təxminən 2500 ev ördəyi məhv ediləcək. Qeyd olunur ki, təsərrüfat əvvəllər də oxşar epidemiya ilə üzləşib. 2017-ci ildə quş qripi səbəbindən təxminən 27.000 ördək və 60.000 yumurta məhv edilib.
2025-ci il ərzində Çexiyada beş böyük quşçuluq fermasında quş qripi aşkarlanıb. Təkcə bu həftə dörd iri yoluxma halı qeydə alınıb. Ümumilikdə 70 mindən çox quş məhv edilib və məhv edilməsi planlaşdırılır.
