...

Hindistanda terror aktının daha bir iştirakçısı həbs edilib

Dünya xəbərləri Materials 17 Noyabr 2025 00:25 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Hindistanın Milli Təhqiqat Bürosu (NİB) Yeni Dehlidəki tarixi Qırmızı Qalada törədilən terror aktının daha bir iştirakçısını həbs edib.

Trend xəbər verir ki, bu barədə "Hindustan Times" qəzeti məlumat yayıb.

Saxlanılan şəxsin Əmir Rəşid Əli olduğu bildirilib və o, Hindistanın Cammu və Kəşmir Birlik Ərazisində yaşayırdı. Hücumda istifadə edilən Hyundai i20 avtomobili də ona qeydiyyatdan keçmişdi.

Bundan əvvəl partlayışla əlaqədar olaraq Haryana ştatında üç nəfər, o cümlədən iki universitet işçisi həbs olunmuşdu.

Xəbər lenti

Xəbər lenti