...

"Apple" "Masimo"ya patent pozuntusuna görə 634 milyon dollar ödəməlidir

Dünya xəbərləri Materials 17 Noyabr 2025 03:31 (UTC +04:00)
"Apple" "Masimo"ya patent pozuntusuna görə 634 milyon dollar ödəməlidir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Kaliforniya məhkəməsinin qərarına əsasən, "Apple" şirkəti qanda oksigen səviyyəsini ölçmə texnologiyası ilə bağlı patent pozuntusuna görə "Masimo" şirkətinə 634 milyon dollar ödəməlidir.

Trend xəbər verir ki, məhkəmə qərarında "Apple Watch" smart-saatlarının bəzi funksiyalarının "Masimo"nun patent hüquqlarını pozduğu göstərilib.

"Apple"ın nümayəndəsi bildirib ki, şirkət məhkəmə qərarı ilə razılaşmır və apellyasiya şikayəti verməyi planlaşdırır: "Son 6 il ərzində 'Masimo' tərəfindən "Apple"a qarşı qaldırılan 25-dən çox patent iddiasının əksəriyyəti etibarsız hesab edilib. İddia olunan patentin müddəti 2022-ci ildə bitib və köhnəlmiş texnologiyaya aiddir".

Xəbər lenti

Xəbər lenti