...

ABŞ Milli Qvardiyasının bir hissəsi geri çağırılır

Dünya xəbərləri Materials 17 Noyabr 2025 04:32 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Pentaqon noyabrın 16-dan etibarən ABŞ Milli Qvardiyasının əvvəllər yerləşdirilmiş yüzlərlə əsgərini Çikaqo və Portlenddən geri çağırır.

Trend xəbər verir ki, "The New York Times" nəşrinə istinadən məlumat verib. Bildirilir ki, təxminən 200 Kaliforniya Milli Qvardiyası əsgəri Portlenddən, eyni sayda Texas Milli Qvardiyası əsgəri isə Çikaqodan geri çağırılacaq və öz ştatlarına qayıdacaqlar.

Mənbələr Pentaqonun qərarını yaxınlaşan bayramlar və federal məhkəmənin Qvardiyanın əməliyyat yerləşdirməsini dayandıran qərarları ilə izah edirlər.

Qeyd olunur ki, təxminən 300 İllinoys Milli Qvardiyası əsgəri Çikaqo bölgəsində, 200 Oreqon Milli Qvardiyası əsgəri isə Portlenddə qalacaq.

Xəbər lenti

Xəbər lenti