...

Nigeriyada denqe qızdırması yayılır

Dünya xəbərləri Materials 17 Noyabr 2025 01:19 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Nigeriyanın şimal-qərbində yerləşən Sokoto ştatında denqe qızdırmasının yayılması qeydə alınıb.

Trend "Nigerian Tribune" qəzetinə istinadən xəbər verir ki, departamentin həkimləri və bütün səhiyyə müəssisələri yüksək hazırlıq vəziyyətinə gətirilib.

Bildirilib ki, bir çox cəhətdən ağır denqe qızdırmasına bənzər xəstəlik hallarının artması müşahidə olunur. Səhiyyə işçilərinə sayıqlığın artırılması və şübhəli halların dərhal bildirilməsi tapşırılıb.

Nigeriya səhiyyə qurumları denqe qızdırmasının ölkənin digər ştatlarına da yayılmasından narahatdır.

Xəbər lenti

Xəbər lenti