Bakı. Trend:
Azərbaycan cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-Pridə qızıl medal qazanıb.
Trend xəbər verir ki, son yarış günündə yığmamız aktivinə iki medal əlavə edib.
+100 kq çəkidə çıxış edən Kənan Nəsibov bütün rəqiblərini məğlub edərək qızıl medala sahib olub. O, finalda Niderland idmançısı Yur Spaykersi ipponla üstələyib.
90 kq çəkidə çıxış edən Vüqar Talıbov isə üçüncü yer uğrunda görüşdə komanda yoldaşı Aslan Kotsoyevdən üstün gələrək bürünc medal qazanıb. Daha əvvəl isə Hüseyn Allahyarov (60 kq) bürünc medala yiyələnmişdi.
Beləliklə, 1 qızıl və 2 bürünc medal əldə edən Azərbaycan ümumi komanda hesabında 48 ölkə arasında beşinci, kişilərin mübarizəsində isə dördüncü yeri tutub.
