...

Karib və Afrika ölkələri Böyük Britaniyadan təzminat tələb edəcək

Dünya xəbərləri Materials 17 Noyabr 2025 02:56 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Karib Ölkələri İttifaqının 15 ölkəsi və Afrika İttifaqı əsrlərboyu davam edən kölə ticarətinə görə Böyük Britaniyadan təzminat tələb etmək niyyətindədir.

Trend xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Karib ölkələri bu məqsədlə xüsusi təzminat komissiyasına tarixi ədaləti bərpa etmək üçün Britaniya hökuməti ilə danışıqlar aparmaq səlahiyyəti verib. Komissiya tərəfindən hazırlanmış plan rəsmi üzrxahlıqları, təhsil proqramlarını, borcların bağışlanmasını və nağd ödənişləri əhatə edir.

Oxşar plan Afrika İttifaqı ölkələri tərəfindən də hazırlanır. Bu ölkələr XV-XIX əsrlərdə 12,5 milyondan çox qurbanın ölümünə səbəb olan kölə ticarətinə görə təzminat tələb edirlər.

Qeyd olunur ki, bir çox Avropa lideri müasir dövlətlərin tarixi cinayətlərə görə məsuliyyət daşımadığını əsas gətirərək bu mövzunu müzakirə etməyi qəbul etmirlər.

Xəbər lenti

Xəbər lenti