Bakı. Trend:
"Google Play" istifadəçilərə filmləri və serialları hansı platformalarda izləməyin mümkün olduğunu daha tez tapmağa imkan verən yeni “Harada izləmək olar” funksiyasını istifadəyə verib.
Trend-in məlumatına görə, yenilik barədə məlumatı "Androidauthority" yayıb.
Artıq "Play Store"a film və ya serialın adını daxil etdikdə, həmin kontenti izləmək imkanı verən bütün tətbiqlərin siyahısı ekranda görünəcək. Əgər siyahıdakı tətbiq istifadəçinin cihazında quraşdırılmayıbsa, onu birbaşa həmin səhifədən endirmək mümkündür.
Bununla belə, funksiyanın müəyyən məhdudiyyətləri də var. Sistem istifadəçinin göstərilən platformalara abunə olub-olmadığını göstərmir. Eləcə də reklamların olub-olmayacağı və əlavə ödənişli abunə tələb edilib-edilmədiyi barədə məlumat təqdim etmir.
