Ağcabədi. Trend:
Ağcabədi şəhərində yol nəqliyyat hadisəsi baş verib.
Trend-in yerli müxbirinin məlumatına görə, hərəkətdə olan "VAZ"2106 markalı avtomobil qarşıdan gələn ""Opel" markalı avtomobillə toqquşub. Daha sonra "VAZ "markalı avtomobil yol kənarında dayanan "Mercedes" markalı avtomobilə çırpılıb. Nəticədə "VAZ"ın sürücüsü hadisə yerində ölüb.
Opel markalı avtomobilin sürücüsü Saməddin adlı şəxs Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır
