...

KDR-də mis mədənində uçqun baş verib

Dünya xəbərləri Materials 16 Noyabr 2025 21:31 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Konqo Demokratik Respublikasının cənubunda qeyri-qanuni mədənçilərin işlədiyi mis mədəninin bir hissəsi çöküb.

Trend "RFI" radiosuna istinadən xəbər verir ki, Lualaba əyalətinin qubernatoru Fifi Massukinin sözlərinə görə, azı 32 nəfər həyatını itirib. O bildirib ki, axtarış-xilasetmə işləri davam etdiyindən ölənlərin sayı arta bilər.

Mədənçilər Assosiasiyası isə 49 nəfərin öldüyünü və onlarla işçinin itkin düşdüyünü açıqlayıb. Rəsmi qurumlar hadisəyə leysan yağışlarının yaratdığı torpaq sürüşmələrinin səbəb olduğunu hesab edirlər.

Bununla belə, RFI fərqli ehtimal da irəli sürüb. Bildirilir ki, mədəndə silahlı mühafizəçilərlə mədənçilər arasında münaqişə baş verib və işçiləri ərazidən dağıtmaq istəyən mühafizəçilər onlara atəş açıblar.

Xəbər lenti

Xəbər lenti