Bakı. Trend:
Avstraliyanın paytaxtı Kanberrada asbest çirklənməsi ilə bağlı narahatlıqlar səbəbindən 69 məktəb bağlanıb.
Trend xəbər verir ki, təhlükəli maddə məktəblərdə geniş istifadə olunan "sehrli qum"da aşkarlanıb. Bu növ qum məktəblərdə qumdan qala düzəltmək və digər yaradıcılıq fəaliyyətlərində istifadə olunur.
Məlum olub ki, "sehrli qum" istehsal edən “Kmart” və “Target” şirkətlərinin məhsullarında zərərli asbest izləri tapılıb.
Bildirilir ki, bağlanan təhsil müəssisələrində aparılacaq yoxlamalar bir neçə gün davam edə bilər.
