Bakı. Trend:
“Mançester Siti” Bellinqemin ardınca “Real Madrid”in gənc türkiyəli ulduzu Arda Gülerlə də maraqlanır.
Trend xəbər verir ki, İspaniya mediasının məlumatına görə, İngiltərə klubu 19 yaşlı yarımmüdafiəçi üçün təxminən 100 milyon avro ödəməyə hazırdır.
Bununla belə, Madrid rəhbərliyi Arda Güleri satmağı düşünmür. Klub onun inkişaf potensialına inanır və qısamüddətli maliyyə gəliri üçün uzunmüddətli layihədən imtina etmək niyyətində deyil.
