...

Xums sahillərində miqrantları daşıyan iki qayıq batıb

Dünya xəbərləri Materials 17 Noyabr 2025 03:54 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Liviyanın paytaxtı Tripolidən 120 kilometr şərqdə yerləşən Xums şəhəri sahillərində miqrantları daşıyan iki qayıq batıb.

Trend xəbər verir ki, hadisə nəticəsində 4 miqrantın cəsədi sudan çıxarılıb.

Liviya Qızıl Aypara Cəmiyyətinin məlumatına görə, batan birinci qayıqda Banqladeş əsilli 26 miqrant olub və onlardan dördü ölüb. Digər qayıq isə 69 miqrantı Avropaya aparırmış, onlardan ikisi misirli, qalanları sudanlıdır.

Liviya Qızıl Aypara Cəmiyyəti xilas olunan və ya itkin düşənlərin sayını açıqlamayıb. BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, bu il Mərkəzi Aralıq dənizini keçməyə cəhd edərkən ölən miqrantların sayı 1000 nəfəri ötüb.

Qeyd edək ki, noyabrın 8-də Liviya sahillərində başqa bir qayığın batması nəticəsində 40-dan çox insan ölüb. Sağ qalanların sözlərinə görə, həmin qayıqda 49 miqrant və qaçqın olub, o cümlədən 47 kişi və 2 qadın. Yola düşdükdən təxminən altı saat sonra yüksək dalğalar mühərrikin sıradan çıxmasına səbəb olub. Altı gün dənizdə üzəndən sonra yalnız yeddi kişi sağ qalıb, onların dördü Sudandan, ikisi Nigeriyadan və biri Kamerundandır, digər 42 nəfər isə itkin düşüb.

Xəbər lenti

Xəbər lenti