Bakı. Trend:
Almaniyanın ulduz futbolçusu Kərim Adeyemi mis "beşbarmaq" və elektroşok cihazı saxladığına görə ümumilikdə 450 000 avro məbləğində cərimə edilib.
Trend-in məlumatına görə, "Borussiya Dortmund"un 23 yaşlı hücumçusu cəriməni 60 hissəyə bölərək hər ay 7 500 avro olmaqla ödəyəcək.
Adeyemiyə qarşı hər hansı idman sanksiyasının tətbiq edilməyəcəyi bildirilib.
