...

Azərbaycanla rəqəmsal sahədə əməkdaşlığı genişləndiririk - Yaponiya hökumət rəsmisi

İqtisadiyyat Materials 17 Noyabr 2025 09:59 (UTC +04:00)
Azərbaycanla rəqəmsal sahədə əməkdaşlığı genişləndiririk - Yaponiya hökumət rəsmisi
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Yaponiya Azərbaycanla rəqəmsal sahədə əməkdaşlığı genişləndirir.

Bunu Trend-ə bu gün Bakıda keçirilən Ümumdünya Telekommunikasiya İnkişafı Konfransının açılış mərasimi çərçivəsində açıqlamasında Yaponiya Daxili İşlər və Kommunikasiyalar Nazirliyinin Beynəlxalq Əlaqələr üzrə vitse-naziri Takuo İmaqava deyib.

O bildirib ki, Yaponiya hökuməti Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) rəhbərliyi ilə sıx əməkdaşlıq edir və hər kəs üçün bağlantının təmin edilməsini əsas hədəf kimi görür.

"Bu WTDC bütün dünya üzvləri üçün çox mühüm konfransdır. İk dəfədir Azərbaycana gəlirəm və Bakı gözəlliyi ilə məni heyran edir. Bura internet cəmiyyəti və rəqəmsal sahə üzrə müzakirələr üçün çox münasib məkandır", – o qeyd edib.

Mütəxəssisin sözlərinə görə, Yaponiya ilə Azərbaycan arasında rəqəmsal sahədə əməkdaşlığın genişləndirilməsi üçün artıq praktiki addımlar atılıb: "İki gün əvvəl Azərbaycanla memorandum imzaladıq. Bu əməkdaşlıq Memorandumu əsasında birgə layihələr həyata keçirəcəyik".

O, gələcək əməkdaşlığın konkret layihələr əsasında davam etdiriləcəyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti